İnternet-media sahəsindəki qanunvericiliyə yeni baxış…

Omdudsmanın 2018-ci il üzrə illik məruzəsində spesifik məsələlər də gündəmə gətirilib. Bu, ilk dəfədir.

Etikxeber.az  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

“Jurnalist ordusuna qeyri-peşəkar, qeyri-etik cavablar da qeydə alınıb. Haqlı olaraq o da vurğulanıb ki, jurnalist peşəkar olmalı, vətəndaşların şəxsi həyatına müdaxilə etməməli, şərəf və ləyaqət prinsipinə hörmətlə yanaşmalı, işgüzar nüfuza xələl gətirməməlidir”-deyən, millət vəkilinin sözlərinə görə, sənəddə bu tip halların daha çox internet mediada qeydə alındığı vurğulanıb:

“Bu, internet-media sahəsindəki qanunvericiliyə yeni baxışın vacibliyini önə çəkir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Namuslu kişi söyüş söyməz – QÜDRƏT HƏSƏNQULİYEV

Read Next

Şəhərsalma və Tikinti Məcəlləsinə hansı dəyişikliklər olundu?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir