İnternet vasitəsilə ötürülən cizgi filmləri uşaqlarda aqressivlik yaradır – DİN RƏSMİSİ

DİN: Uşaqların zorakılığa məruz qalması ilə bağlı məlumatlar şişirdilir

Ölkə mətbuatında yetkinlik yaşına çatmayan uşaqların zorakılığa məruz qalması ilə bağlı məlumatlar şişirdilir. Azərbaycanda son 5 ildə bu istiqamətdə artım müşahidə edilməyib. Törədilən hər bir faktla bağlı araşdırma aparılır, hüquqi qiymət verilir.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisdə (MM) “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən ictimai müzakirələrdə Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov deyib.

Daxili ishler

Onun sözlərinə görə, son 5 ildə bu statistikada artım yoxdur:

“Təbii ki, dünyada cinayətlər var və Azərbaycan da dünyanın bir hissəsidir. İndiki zamanda hamımıza məlumdur ki, internet çox geniş yayılıb və hər bir uşaq internetdən rahat istifadə edir. Bəzən o fəsadlar da internet vasitəsilə yayılır”.

DİN rəsmisi qeyd edib ki, internetdən istifadə ilə bağlı tədbirlər görülməlidir.

A.Adıgözəlovun iddiasına görə, xaricdən internet vasitəsilə ötürülən cizgi filmləri və sair materiallar uşaqlarda aqressivlik yaradır:

“Bununla bağlı təkliflərimizi təqdim etmişik. Uşaqların internetdən istifadəsi, uşaq televiziyasının yaradılması ilə bağlı yaxın vaxtlarda addımlar atılacaq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Çoxuşaqlı ailə məfhumu 5-dən 3-ə endirilsin – HADİ RƏCƏBLİ

Read Next

Azyaşlıya kəbin kəsməsinə görə cinayət məsuliyyətinə cəlb olunanlar var – DİNİ KOMİTƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir