İnzibati Xətalar Məcəlləsinin tam yeniləndirilməsinə ehtiyac var.
Etikxeber.az xəbər verir ki, bunu parlamentin plenar iclasında komitə sədri Siyavuş Novruzov deyib.
O, qeyd edib ki, parlamentin hər iclasında demək olar ki, bu Məcəlləyə dəyişiklik edilir.
Bu baxımdan komitə sədri hesab edir ki, Məcəllənin yeniləndirilməsi, tam dəyişdirilməsi lazımdır:
“Oqtay müəllim, hesab edirəm ki, bununla bağlı müzakirələr aparılmalı, Məcəllənin təkmilləşdirilməsi yönündə addımlar atılmalıdır. Buna çox ciddi ehtiyac var”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az