Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək.
Etikxeber.az-ın xəbərinə görə, bu, İnzibati Xətalar Məcəlləsinə bununla bağlı təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, hüquqi şəxslər 2 min manatdan 5 min manatadək cərimələnəcək. Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur.
Həmçinin, qeyd edək ki, epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5 min manatadək cərimə və ya 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması, yaxud 3 ilədək müddətdən azadlıqdan məhrumetmə ilə cəza tətbiq olunacaq.
Bu isə Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 mindən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Hər iki sənəd parlamentin plenar iclasında səsə qoyularaq, qəbul edilib.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az





