“İpotekadan yararlana bilməyən müəllimlərdən danışmaq istəyirəm…” – PAŞAYEVA

Qənirə Paşayeva Milli Məclisdə müəllimlərin problemlərindən danışıb

Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə (MM) müəllimlərin problemlərindən danışıb və onların güzəştli ipoteka kreditləşməsindən yararlana bilməsi üçün çağırış edib. 

Etikxeber.az-ın xəbərinə görə, “Azərbaycan Respublikasının 2017-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirəsi zamanı çıxış edən millət vəkili bildirib ki, bu gün gənclərin və gənc ailələrin ən böyük problemlərindən biri mənzil problemidir və bu məsələnin həlli istiqamətində işlər surətlənməlidir:

“İpoteka kreditləri ilə bağlı 2017-ci ildə büdcədə vəsaitin nəzərdə tutulması çox vacib məsələdir. İnanırıq ki, gəlirlər artıqca bu vəsaitin həcmi də artacaq,  çünki buna çox böyük ehtiyac var. O cümlədən, cənab Prezidentin sosial evlərlə bağlı imzaladığı sənədlər və tapşırıqlar çox önəmli bir məsələ idi və inanırıq ki, bu istiqamətdə işlər müvafiq qurumlar tərəfindən surətlə aparılacaq.Çünki buna böyük ehtiyac var. Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm. Gələcəyimiz olan gənc nəsilləri yetişdirən müəllimlərin mənzil problemlərini həll edə bilmək üçün güzəştli ipotekadan istifadə edə bilməsi çox vacib məsələdir. Amma bu gün müəllimlər ipotekadan yararlanaraq öz mənzil problemlərini həll edə bilmirlər. Özəlliklə orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir və onların əksəriyyəti bu sistemindən yararlana bilmirlər. Ona görə də orta məktəb müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var və hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq. Müəllimlərin də ipotekadan güzəştli yararlanan kateqoriyaya daxil edilməsi çox vacibdir. Mən keçən il büdcə müzakirələri zamanı da bunu qaldırmışdım və maliyyə naziri Samir Şərifov buna baxıla biləcəyini söyləmişdi. Mən xahiş edirəm ki, bu məsələyə yaxın günlərdə baxılsın və müəllimlər də güzəştli kateqoriyaya daxil edilsin. Müəllimlərin maaşı azdır və devalvasiya, elektrik, qazın qiymətlərinin artması fonunda onlara daha çox dəstək lazımdır. Maaşların artması ilə bərabər onların bu cür güzəştlərdən yararlanmasına böyük ehtiyac var. Gələcəyimiz olan gəncləri müəllimlər yetişdirir və biz hamımız istəyirik ki, savadlı gənclərimiz müəllimlik peşəsi arxasınca getsin. Hesab edirəm ki müəllimlərin də mənzil problemlərini həll edə bilmələri üçün ipotekadan yararlanan güzəştli qrupa daxil edilməsi savadlı gənclər arasında bu peşəni seçən insanların sayının artmasına özünün müsbət təsirini göstərəcək amillərdən biri ola bilər. Ona görə də hökimətimizdən qısa zamanda bu məsələyə baxmasını və müsbət həll olunmasını xahiş edir və buna çağırırıq”.

Etikxeber.az

Read Previous

Zahid Orucdan hökumət qarşısında sərt tələb: “Vətəndaşların qarşısına çıxın!”

Read Next

Vahid Əhmədov: ” Bu gün “qara bazar”dakı valyuta hardandır, bu “bazar”a vəsait haradan daxil olur?!”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir