İqdırda qəzada ölən 8 nəfərdən təxminən 5-i Azərbaycan vətəndaşıdır – BAŞ KONSUL – YENİLƏNİB

İqdır-Naxçıvan avtomobil yolunda baş verən qəzada ölən və yaralananlar arasında azərbaycanlılar da var.

Etikxeber.az bildirir ki, bu barədə APA-ya Azərbaycanın Qarsdakı Baş konsulluğundan məlumat verilib.

***

“İqdır-Naxçıvan yolunda baş verən qəzada yaralananlar arasında 26 Azərbaycan vətəndaşı var”.

Bunu isə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O, qəzada ümumilikdə 8 nəfərin öldüyünü bildirib:

“Onlardan neçəsinin Azərbaycan vətəndaşı olması Türkiyənin müvafiq orqanları ilə dəqiqləşdirilir. Hazırda Azərbaycanın Qarsdakı baş konsulu və konsulluğun əməkdaşları Türkiyənin müvafiq orqanları ilə əlaqəli şəkildə yaralılara dəstək və yardım göstərirlər. Baş konsul özü də xəstəxanadadır”.

Etikxeber.az

Read Previous

“Pirsaat” burnu hissəsində taplmış kişi meyiti itkin düşmüş neftçiyə məxsusdur

Read Next

Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb – NAZİRLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir