“İqtidarı da bizimdir, müxalifəti də…”-JALƏ ƏHMƏDOVA SOSİAL ŞƏBƏKƏLƏRLƏ BAĞLI TƏKLİF VERDİ – ELMAN NƏSİROV İSƏ ƏFV KOMİSSİYASININ ÜZVLƏRİNDƏN BİRİNİN SÜRÜCÜSÜNƏ CİDDİ İTTİHAM SƏSLƏNDİRDİ… – YENİLƏNİB – (1)

Sosial şəbəkələr bu gün cəngəllik qanunları ilə idarə olunur.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.

O, “Sosial şəbəkələrin tənzimlənməsi haqqında” qanun layihəsinin qəbul olunmasına ehtiyac olduğunu bildirib:

“Sosial şəbəkələrin fəaliyyəti ilə bağlı dinləmələr keçirilə bilər. Digər tərəfdən isə işğal olunmuş ərazilərimizlə bağlı qanun layihəsinin qəbul olunmasına da çox böyük ehtiyac var. Mənə məlumat daxil olmuşdu ki, Əfv Komissiyasının üzvlərinin biri olan deputatın sürücüsü kimlərinsə adını siyahıya saldırıb. Mənə belə bir siqnal daxil olub. Bilmirəm, düzdür ya yox, amma belə bir məlumat var və ciddi şəkildə araşdırılmasına ehtiyac duyulur”.

“Hesab edirəm ki, sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olmalıdır”.

Bunu isə deputat Jalə Əhmədova deyib.

Deputat həmçinin, media işçilərinə müraciə edib:

“Bir məlumatı yayan zaman onun doğruluğunu yoxlayın. Məlumat və şou xətrinə nələrisə yaymaq olmaz. Bu məsələləri peşəkar media işçilərimizə aid etmirəm. Hesab edirəm ki, qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır. Özüm də bu kimi informasiyalara məruz qalıram. Pisləmək çox asandır. Amma qurmaq, yaratmaq peşəkarlıq tələb edir. İqtidarı da bizimdir, müxalifəti də. Hamımız azərbaycanlıyıq və heç kim haqqında yalan, təhqiramiz yazmaq olmaz”.

***

Komitə sədri Zahid Oruc öz növbəsində E.Nəsirovun Əfv Komissiyası ilə bağlı fikirlərinə, “sürücü məsələsi”nə toxunaraq, bunun çox ciddi ittiham olduğunu bildirib:

“Bu, araşdırılmalı məsələdir, gər həqiqətən belə bir məsələ varsa, olubsa…O zaman çətin ki, həmin şəxsin özün əfvə düşsün”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Tofiq Yaqublu məsələsində bolşevik yanaşması özünü göstərir…”-RAZİ NURULLAYEVDƏN ETİRAZ – BƏHRUZ MƏHƏRRƏMOV NƏYİ TÖVSİYƏ ETDİ? – ZAHİD ORUC BU HAQDA NƏ DEDİ? – YENİLƏNİB – (1)

Read Next

Zahid Orucun “komitəsi” ilk iclasına-BAŞLADI… – PAYIZ SESSİYASINDA NƏLƏR NƏZƏRDƏ TUTULUR? – KOMİTƏ İYUL HADİSƏLƏRİ ZAMANI VƏ ONDAN SONRA HANSI ADDIMLAR ATIB? – SPİKERİN İŞTİRAKI İLƏ KEÇİRİLƏN İCLASDA NƏDƏN DANIŞILIB? – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir