Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” Sərəncam imzalayıb.
Etikxeber.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən sərəncamı şərh edərək AZƏRTAC-a bildiriblər ki, ölkədə aparılan iqtisadi islahatlar fonunda sahibkarlığın və qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində qeyri-neft sektorunun ümumi daxili məhsulda payı artaraq 63,5 faiz təşkil edib: “Bundan başqa, ölkədə istehsal və xidmət sahələrində fəaliyyət göstərən sahibkarların istehsal imkanlarının artırılması və ixrac potensiallı malların istehsalının stimullaşdırılması məqsədilə onlara dövlət dəstəyi və dövlət təşviqi mexanizmlərinin təkmilləşdirilməsi sahəsində də əhəmiyyətli tədbirlər həyata keçirilib.
Bu tədbirlərin davamlılığını təmin etmək, yerli malların xarici bazarlara çıxarılması imkanlarını daha da artırmaq, beynəlxalq bazarların tələbinə uyğun malların istehsalını sürətləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti daha bir Sərəncam imzalayıb. Sərəncama əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi üç ay müddətində ölkədə istehsal olunan mallar və onların istehsalçıları barədə məlumatları özündə əks etdirən İnternet portalını yaratmalıdır. Bu portaldan Azərbaycan, ingilis və rus dillərində məlumatlar əldə etmək mümkün olacaqdır ki, bu da istifadəçi dairəsinin genişlənməsinə imkan yaradacaq.
Portalda istifadəsi sadə, lakin əhatə dairəsi geniş olan axtarış sisteminin yaradılması da nəzərdə tutulur. Belə ki, istifadəçi hər bir mal növü, onun istehsalçısı, faktiki ünvanı, əlaqə vasitələri, hətta müəssisənin istehsal imkanları, tərəfdaşları və s. barədə məlumatları bu sistem vasitəsilə əldə edə biləcək.
İstehsalçılarla məlumatların elektron şəkildə və daha operativ mübadiləsi, istehsalçılar tərəfindən məlumatların portala daxil edilməsi və yenilənməsi məqsədilə portalda “elektron kabinet” bölməsinin yaradilmasi istifadəçilərin daha operativ məlumat əldə etməsini təmin edəcək.
Sahibkarlar tərəfindən məlumatların mütəmadi olaraq portalda yerləşdirməsi üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təbliğat-təşviqat tədbirləri həyata keçiriləcək, portal barədə məlumatlar kütləvi informasıya vasitələri ilə işıqlandırılacaq.
Portalın yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 400,0 min manat vəsait ayrılacaqdır ki, bu vəsaitin təyinatı üzrə xərclənməsinin təmin edilməsi və Sərəncamdan irəli gələn digər məsələlərin həlli də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub.
Sərəncamda bu tədbirlərin həyata keçirilməsində aidiyyətı qurumların vəzifə və səlahiyyətləri də müəyyən edilib.
Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin normativ hüquqi aktları iki ay, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları isə üç ay müddətində bu Sərəncama uyğunlaşdırılaraq, tədbirin həyata keçirilməsinə bilavasitə nəzarət edən ölkə Prezidentinə təqdim edilməlidir. Bunların təmin edilməsi Nazirlər Kabinetinə həvalə olunub.
Bu işlərin müvəffəqiyyətlə həyata keçirilməsində yerli icra hakimiyyəti orqanlarının da böyük rolu olacaq.
Belə ki, portal istifadəyə verildikdən sonra yerli icra hakimiyyəti orqanları onların inzibati ərazisində fəaliyyət göstərən mal istehsalçıları və onların istehsal etdikləri mallar barədə məlumatların dörd ay müddətində sahibkarlar tərəfindən portalda yerləşdirilməsini təmin etməlidirlər.
Bu məqsədlə onlar təşviqedici tədbirlər həyata keçirməli və yerləşdirilən məlumatların mütəmadi olaraq yenilənməsinə nəzarət etməlidirlər.
Bütün mərkəzi və yerli icra hakimiyyəti orqanları, digər dövlət qurumları İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin müraciəti əsasında zəruri məlumatları təqdim etməli, Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı müvafiq kömək göstərməlidirlər.
Sərəncam istehsal olunan Azərbaycan mallarının həm yerli sahibkarlar arasında, həm də beynəlxalq səviyyədə təbliği üçün yeni imkanlar yaradacaq.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.
Etikxeber.az