Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 6-cı çağırışda ilk iclası keçiriləcək.
Etikxeber.az-ın xəbərinə görə, iclas bu gün sabah saat 10:00-da baş tutacaq və iclasa komitənin yeni rəhbəri Tahir Mirkişili sədrlik edəcək.
İclasda komitənin qanunvericilik işləri planı, həmçinin, digər məsələlər müzakirə olunacaq.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri:
Mahir Abbasadə, Elnur Allahverdiyev, Vüqar Bayramov, Məzahir Əfəndiyev, Vahid Əhmədov, Aydın Hüseynov, İmamverdi İsmayılov, Azər Kərimli, Rüfət Quliyev, Anar Məmmədov, İqbal Məmmədov, Məşhur Məmmədov, Ziyad Səmədzadə və Ağalar Vəliyev.

***
Komitənin iclasının gündəliyinə 4 məsələ daxil edilib.
***
“Son zamanlar dünyada yaşananlar yeni reallığı ortaya qoyub. Dünya iqtisadiyyatı yeni mərhələyə daxil olub”.
Bunu adıçəkilən komitənin sədri T. Mirkişili deyib.
Qeyd edib ki, ölkə Prezidentinin həyata keçirdiyi siyasət Azərbaycan iqtisadiyyatını risqlərdən, təklükələrdən qoruyur və sığortalayır.
Onun sözlərinə görə, məhz bunun nəticəsidir ki, dünyada neftin qiymətinin kəskin ucuzlamasına baxmayaraq, Azərbaycan iqtisadiyyatına onun təsirləri özünü göstərmir:
“Son zamanlar neftin qiymətində baş verən dəyişikliklər və Azərbaycan iqtisadiyyatının bu hadisələrə reaksiya verməsi üçün kifayət qədər imkanlara sahib olması onu deməyə əsas verir ki, həyata keçirilən islahatlar qısa zamanda nəticə verir, bu islahatlar bu günə və sabaha hesablanmış islahatlardır. Hesab edirəm ki, bundan sonra da baş verən hadisələrdə neft qiymətinin indikindən də aşağı düşməsi ssenarisində Azərbaycan iqtisadiyyatını bu hadisələrdən yan keçmək, əhalinin maddi rifah halını qorumaq və əhalini digər hadisələrdən qorumaq üçün kifayət qədər imkanlar mövcuddur”
O, həmçinin, komitənin ayrıca saytının yaradılacağını bildirib.

***
T. Mirkişili sonra ötən sessiyada komitəninn 13 iclasının keçirildiyini, 42 məsələnin (onlardan da 41-i qanun layihələri olub) müzakirə olunduğunu və MM-in plenar iclasına tövsiyə edildiyini bildirib.
Həmçinin, bu sessiyada 3 qanun layihəsinin -“Lombardlar haqqında” (üçüncü oxunuş), “Kabel televiziyası haqqında” və “Turizm haqqlında” yeni qanun layihələrinin müzakirəsinin nəzərdə tutulduğunu bildirib.
***

Adıçəkilən komitənin üzvü Vahid Əhmədov növbəti dəfə Rəqabət Məcəlləsinin və “Təhsil haqqında” qanun layihəsinin müzakirəsi və qəbulunu vacib sayıb.
Onun sözlərinə görə, ötən sessiyada Rəqabət Məcəlləsinin müzakirələrə çıxarılacağı deyilsə də, məsələ yenə reallaşmayıb.
Millət vəkili bəzi məmurların bu Məcəllənin qəbulunda maraqlı olmadığını, ona maneçilik törətdiyini bildirib və qeyd edib ki, artıq bəhanələrə son qoyub, Rəqabət Məcəlləsini müzakirələrə çıxarmaq lazımdır.
O, həmçinin, deputat həmkarı Əli Məsimli ilə birlikdə bir neçə il öncə “Təhsil kreditləri haqında” qanun layihəsi hazırladığını, onun dəfələrlə MM-in gündəliyə daxil olunduğunu, ancaq onun müzakirəsinin hər dəfə təxirə salındığını diqqətə çatdırıb.
Bildirib ki, Azərbaycan cəmiyyətinin, imkansız ailələlərin, övladları xüsusilə, ödənişli təhsildə oxuyanların səbrsizliklə gözlədiyi bu qanun layihəsi müzakirələrə çıxarılmalı və qəbul olunmalıdır.
***
T. Mirkişili də öz növbəsində V. Əhmədovun təkliflərini, xüsusilə, Rəqabət Məcəlləsi ilə bağlı fikirlərini dəstəklədiyini və Məcəllənin müzakirəsi, qəbulu yönündə addımların atılmasının vacibliyini bildirib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





