İran ABŞ tankerinə zərbə endirdi-SEPAH MƏLUMAT YAYDI

İran bu gün səhər Körfəzdə ABŞ tankerinə zərbə endirib.

Etikxeber.az-ın bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, İran Körfəzin şimal hissəsindəki ABŞ-ın neft tankerinə hücum edib, gəmi yanır.

“Neft tankeri bu gün səhər Fars Körfəzinin şimalında SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin döyüşçüləri tərəfindən vurulub və hazırda yanmaqdadır. Daha əvvəl də demişdik ki, beynəlxalq qanun və qərarlara əsasən, müharibə zamanı Hörmüz boğazından keçid qaydaları İran İslam Respublikasının ixtiyarında olacaq. Hamı buna tabe olmalıdır”-deyə, qeyd olunub.

Həmçinin qeyd edilib ki, ABŞ-a, İsrailə, Avropa ölkələrinə və onların tərəfdarlarına məxsus hərbi və ticarət gəmilərinin keçidinə icazə verilməyəcək. Əgər bu baş verərsə, həmin gəmilər mütləq vurulacaq.

Etikxeber.az

Read Previous

Bakıda bu yollarda sıxlıq və tıxac müşahidə olunur-SİYAHI

Read Next

“Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək…”-İLHAM ƏLİYEVDƏN İRANA SƏRT XƏBƏRDARLIQ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir