“İran bu gün çox güclü zərbə alacaq”-TRAMP

İran bu gün çox güclü zərbə alacaq.

Etikxeber.az-ın xəbərinə görə, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

Trampın sözlərinə görə, İranın “pis davranışı” səbəbindən əvvəllər hədəf hesab edilməyən ərazilər və qruplar indi hücuma məruz qala bilər.

Qeyd edib ki, hazırda bərbad vəziyyətdə olan İran Yaxın Şərqdəki qonşularından üzr istəyib və onlara bir daha atəş açmayacağına söz verib.

“Bu vəd yalnız ABŞ və İsrailin amansız hücumlarına görə verildi. Onlar Yaxın Şərqi ələ keçirmək və nəzarətdə saxlamaq istəyirdilər. Minilliklər ərzində ilk dəfədir ki, İran ətrafdakı Yaxın Şərq ölkələrinə uduzur. Artıq İran “Yaxın Şərqin xuliqanı” deyil, onlar “Yaxın Şərqin məğlubları”dır”-deyə, o, sonra qeyd edib.

Etikxeber.az

Read Previous

ABŞ İranın Azərbaycana dron hücumlarını qətiyyətlə pisləyir, vəziyyəti diqqətlə izləyirik-ABŞ-IN AZƏRBAYCANDAKI SƏFİRLİYİ

Read Next

Sabah Cənnətdəki altıncı doğum günü, 26 yaşı tamam olan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ŞÜKÜR HACIYEV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir