“İran bütün sərhədləri keçmişdi…”-CEYHUN MƏMMƏDOV

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hər zaman İranla münasibətlərin qorunmasına çalışdı. İran tərəfi isə davamlı olaraq Azərbaycanı ittiham etməyə, ərazi iddiaları irəli sürməyə, ölkəmizdə casus şəbəkəsi yaratmağa çalışdı.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib.

Qeyd edib ki, 2020-ci ildə Vətən Müharibəsində qələbədən sonra Prezident İlham Əliyev Cəbrayıla səfəri zamanı əlini Xudafərin körpüsünə uzadaraq bu körpüyə Azərbaycanın dostluq körpüsü kimi baxdığını bildirdi. Bu əslində İrana mesaj idi ki, biz sizinlə dostluqda və bu əlaqələrin inkişafında maraqlıyıq.

Onun sözlərinə görə, bu günə kimi nə etmişiniz onun cavabını özünüz verəcəksiniz. Ancaq gəlin bu gündən sonra dost olaq, əlaqələrimizi bu istiqamətdə inkişaf etdirək.

“İran nə etdi? İran bu təklifə Azərbaycan İran sərhədində hərbi təlimlər keçməklə, İran səfiri Ermənistan Azərbaycan sərhədinə gedərək oradan Azərbaycan tərəfə baxmaqla, Ermənistana silah verməklə, öz mediasında Azərbaycanın ünvanına hədyanlar və ittihamlar yağdırmaqla, ölkəmizdə casus şəbəkəsinin əhatə dairəsini genişləndirməklə cavab verdi. Hətta bir az da irəli gedərək Zəngəzur dəhlizinin açılmasının İran üçün qırmızı xətt olduğunu bildirdi.

İranın bu addımlarından və təxribatlarından sonra Azərbaycan nə etməli idi? Heç bir reaksiya verməməli idi? İranın Ermənistanı Azərbaycan əleyhinə dəstəkləməsinə göz yummalı idi?

İranın bu davarnışlarına onun təxribatyönümlü addımlarından sonra sərt reaksiya verməyin zamanı gəlmişdi. Çünki İran bütün sərhədləri keçmişdi”-deyə, o əlavə edib.

Etikxeber.az

Əgər İran istəmirsə ki Azərbaycan bu reaksiyanı verməsin onda Azərbaycan əleyhinə təxribatlara son qoysun, İran ərazisində Azərbaycan əleyhinə təbliğat aparan qrupların fəaliyyətini, ideoloji təbliğatı dayandırsın, Azərbaycan tərəfindən axtarışda olan cinayətkarları Azərbaycana təhvil versin.

Read Previous

16 noyabr Şəhidlərindən olan, bir qız övladı Vətənə əmanət qalan Natiq Əliyevin Şəhidliyindən bir il-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNDƏN OLAN, İKİ QARDAŞDAN BİRİ OQTAY MƏMMƏDOVUN ƏBƏDİYYƏTƏ UĞURALANMASINDAN İSƏ İKİ İL KEÇDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

“Ermənistan rəhbərliyi tərəfindən son günlərdə səsləndirilən ziddiyyətli bəyanatlar iki ölkə arasında münasibətlərin normallaşmasına və sülh gündəliyinin irəli aparılmasına mənfi təsir göstərir”-İLHAM ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir