“İran ilə Finlandiyanın dəmir yolları Bakı və Moskva vasitəsilə birləşəcək” – PREZİDENT

İran İslam Respublikası ilə Finlandiya dəmir yollarını Azərbaycan ərazisində birləşdirməklə nəqliyyat əlaqəsi quracaq.

Etikxeber.az  AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri İranın Prezidenti Həsən Ruhani Finlandiyalı həmkarı Sauli Niinistö ilə Tehranda keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

H.Ruhani bildirib ki, Finlandiyalı həmkarı ilə apardığı danışıqlar zamanı İran və Finlandiyanın dəmir yolu vasitəsilə nəqliyyat əlaqəsi yaratmaq haqqında razılıq əldə ediblər. Razılığa əsasən Bakı və Moskvadan keçən dəmir yollu xətti İran ilə Finlandiyanı birləşdirəcək.

Xatırladaq ki, oktyabrın 16-da Finlandiyanın Prezidenti İrana rəsmi səfərə gəlib. Səfər zamanı İran rəsmiləri ilə keçirdiyi görüşlərdə Sauli Niinistö iki dövlət arasında iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə edib. Nəqliyyat əlaqəsinin yaradılması isə iqtisadi münasibətlərin əsasıdır.

İranın bəzi mətbuat orqanları yazır ki, Prezident H.Ruhaninin Finlandiya ilə dəmir yollarını birləşdirmək haqqında razılıq əldə etdiyini bəyan etməsinin əsasında Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin çəkilişi dayanır. Bu dəmir yolu Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qərb –Şərq nəqliyyat dəhlizinin əsasını təşkil edir. İran məhz Azərbaycan dəmir yolları xətti ilə öz mallarını Avropaya ixrac etmək niyyətindədir. Astaraçay üzərində inşa edilən dəmir yolu körpüsü yaxın zamanlarda istifadəyə veriləcək. Bu yol istismara verildikdən sonra İran ilə Azərbaycanın dəmir yolları birləşəcək. Beləliklə Fars körfəzindən Azərbaycana buradan Rusiyaya və Avropaya uzanan dəmir yolu xətti yaranacaq. Bu nəqliyyat dəhlizi ilə yalnız İran deyil digər Fars körfəzi ölkələri də istifadə edə biləcəklər. Yüklər bu yolla Avropaya və əks istiqamətə daşınacaq.

Azərbaycan tranzit ölkə olaraq həm iqtisadi səmərə əldə edəcək, həm də siyasi sabitliyini qarantiya altına alacaq. Bu Azərbaycan Prezidentinin yeni iqtisadi siyasətinin nəticəsidir və neft gəlirlərindən asılılığı azaltmağa yönələn düşünülmüş plandır.

Etikxeber.az

Read Previous

Əliyevdən kanadalı səfirə: “Kanada şirkətləri ilə əməkdaşlıqda maraqlıyq”

Read Next

Buş: “Hörmətli Özal, Qərbi İraq və Kərkükə girin…” – 25 il öncənin sirri… Fotolar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir