İran ilə Azərbaycanın dəmir yolları mart ayında birləşəcək – NAZİR

İran ilə Azərbaycanın dəmir yolları cari ilin mart ayında birləşəcək və İran malları bu yol ilə Rusiya vasitəsilə Avropaya ixrac ediləcək.

Etikxeber.az  verir ki, bu sözləri yerli mətbuata açıqlamasında İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi deyib.

Nazir bildirib ki, Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti mart ayında istifadəyə veriləcək. Hazırda Astarada geniş işlər aparılır. Bu işlərin tərkibinə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalın inşası da daxildir.

M.Vaezi nəzərə çatdırıb ki, İranın dəmir yolları sistemi məhz Azərbaycan vasitəsilə Rusiya ilə birləşəcək. Bu yolla İran Azərbaycan və Rusiyadan keçməklə öz mallarını Avropaya daşıyacaq.

Etikxeber.az

Read Previous

Ombudsman Xocalı soyqırımının ildönümü ilə bağlı beynəlxalq təşkilatlara səsləndi…

Read Next

Zahid Orucdan mini-yubiley yazısı:”HƏYATIN MƏNA ÖLÇÜSÜ”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir