“İran nüvə silahına malik olsa, Türkiyənin də nüvə silahına yiyələnməkdən başqa alternativi qalmayacaq” – POLİTOLOQ

Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan az qala hər il BMT Baş Assambleyasının sentyabrda açılan sessiyasında çıxış edir və hər çıxışında “Azərbaycan torpaqlarının işğal altında saxlanılması qəbuledilməzdir” fikrini səsləndirir. BMT tribunasından daha hansı ölkənin lideri bu fikri dilə gətirir?

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Rəcəb Tayyib Ərdoğan çıxışında başqa mövzulara da toxundi, dünyanı bürüyən ədalətsizlikdən, aclıqdan, səfalətdən danışdı, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünü nəzərdə tutaraq həmişəki kimi “dünya beşdən böyükdür” fikrini təkrarladı, İsrailin yaxın keçmişini və indiki vəziyyətini xəritədə göstərək Fələstinin işğalını sərt şəkildə tənqid etdi.

erdogan-trump_16_9_1537890915

Türkiyə Cumhurbaşqanının çıxışında ən yadda qalan fikirlərindən biri də bu oldu: “Nüvə silahı ya hamı üçün qadağan edilməlidir, ya da hamı üçün əlçatan olmalıdır”. Aydındır ki, nüvə silahı hamıya qadağan edilə bilməz, ABŞ, Rusiya, Hindistan və ya Pakistan nüvə silahından imtina etməzlər, demək qalır Ərdoğanın cümləsinin ikinci hissəsi, yəni birinə nüvə silahı olarsa, başqasına niyə olmasın?”-deyən politoloqun sözlərinə görə, Ərdoğan Türkiyənin nüvə silahına malik olması məsələsini aktuallaşdırmağa çalışır.

“Məsələ burasındadır ki, bir gün İran nüvə silahına malik olarsa, Türkiyənin də nüvə silahına yiyələnməkdən başqa alternativi qalmayacaq…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Çempionlar Liqasının növbəti 3 finalını qəbul edəcək – ŞƏHƏRLƏR

Read Next

“Azərbaycan sosial dövlət modelini uğurlu tətbiq edən ölkələr sırasındadır…” – DEPUTAT YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir