İran Qətərə köməklik göstərməyə hazırdır?

İran Qətərə hərtərəfli kömək etməyə hazırdır. Rəsmi Tehran kənd təsərrüfatı malları ilə yanaşı, Qətərə sənaye məhsulları da ixrac edə bilər.

Etikxeber.az-ın xəbərinə görə, bu sözləri İranın sənaye məhsulları ixracatçıları təşkilatının rəhbəri Rza Nurani deyib. O bildirib ki, İranın ərzaq istehsalı potensialı kifayət qədər yüksəkdir və Qətərə köməklik göstərə bilər.

Yerli mətbuatın məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iyunun 5-də Türkiyə, İraq, Tunis, İndoneziya və Əmmandan olan həmkarları ilə telefon söhbətləri aparıb. Bu söhbətlər zamanı bölgədəki vəziyyət və Qətərə köməklik məsələləri müzakirə edilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Yəmən, Bəhreyn, Liviya və Maldiv gözlənilmədən Qətəri terror təşkilatlarını dəstəkləməkdə ittiham edərək onunla diplomatık əlaqələri kəsiblər.

Bu qərardan sonra adı çəkilən dövlətlər öz ərazilərindən Qətərə hər növ məhsul ixracını da qadağan ediblər.

Etikxeber.az

Read Previous

Çempionlar Liqasının ən yaxşı qollarını seçdilər…

Read Next

Qətər hökuməti bu yaxınlarda terrorçulara 1 milyard dollara yaxın pul ödəyib – İDDİA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir