“İran regionda zərərli aktor olub, bu ölkə zərərli işlərlə, həm yaxın, həm də uzaq qonşularını təhdid edən fəaliyyətlərlə məşğul olur”-ABŞ DÖVLƏT DEPARTAMENTİ

ABŞ Dövlət Departamenti Azərbaycan və İran arasında gərginliyə münasibət bildirib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat brifinqində bildirib.

O, “Azərbaycan və İran arasında vəziyyətə gəlincə isə, əlbəttə ki, İran regionda zərərli aktor olub. Bu ölkə zərərli işlərlə, həm yaxın, həm də uzaq qonşularını təhdid edən fəaliyyətlərlə məşğul olur. Ona görə də biz belə gərginlikləri narahatlıqla izləyirik. Bizim yanaşmamız, daha əvvəl fərqli kontekstdə də bildirdiyim kimi, Cənubi Qafqazda Azərbaycanla, Ermənistanla əlaqələrimizə sərmayə qoymaqdan ibarət olub ki, daha sabit, münaqişəyə və gərginliyə daha az meylli Cənubi Qafqaz regionuna nail olaq”-deyə, qeyd edib.

Etikxeber.az

Read Previous

“Müharibə bitdikdən sonra ilyarım ərzində 400-dən artıq məcburi köçkün öz yerlərinə qayıdaraq məskunlaşıb…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (7)

Read Next

Bu yollarda sıxlıq müşahidə olunur-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir