İran sərhəddinədək dəmiryolu tikintisi başa çatıb

Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda  yeni dəmir yolunun qoyuluşu başa çatıb.
Bu barədə Etikxeber.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.
 
 Qurumdan bildirilib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisinin reallaşması istiqətində mühüm addımların atılması, Azərbaycanın tranzit potensialının artırılmasında, ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində  mühüm rol oynayacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalanıb.
Həmin Sərəncama uyğun olaraq, 20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulmuş, Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda  yeni dəmir yolu xəttinin çəkilişinə başlanıb.
Artıq 8, 3 km uzunluğunda yeni  dəmir yolu xətti Astara çayı üzərində tikilən üçaşırımlı dəmir yolu  körpüsünə çatıb. Körpüdə 4 dayaq, istinad divarları tikilib və  üstü  betonlanıb. Körpüdə son tamamlama işləri həyata keçirilir. Hazırda tağların və məhəccərlərin  quraşdırılması prosesi gedir.
Qeyd edək ki, relyefi mürəkkəb olan əraziyə – Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda dəmir yolu xəttin torpaq yatağının işlənməsi üçün 100-ə yaxın texnika cəlb olunmuş,  əraziyə 510000 kub-metr qum, qaya daşı, çınqıl, köhnə dəmir-beton məmulatı döşənıb.
Ərazidə çirkab sularının axıdılması üçün 13 ədəd suötürücü qurğu, sərhəd nəzarəti və kəndarası avtomobil yolunun torpaq yatağının altından keçirilməsi məqsədilə 2 ədəd tunel tikilib.
Dəmir yolu xəttinin çəkildiyi ərazıyə düşən rabitə, elektrik və qaz xətlərinin köçürülməsi başa çatmışdır. Bütövlükdə bu ərazıdə köçürülməli olan 315 obyekt  (yaşayış və qeyri-yaşayış sahəsi) köçürülüb. 
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minmişdir. 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz «Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında» Saziş»ə  qoşulub.
Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.
Etikxeber.az

Read Previous

Sabah hava yağmursuz keçəcək

Read Next

“Qarabağ” parkı və Xocalı soyqırımı abidəsinin açılış oldu – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir