İrana 30 tona yaxın qida məhsulları göndərilib-DÖVLƏT AGENTLİYİ

İrana 30 tona yaxın müxtəlif qida məhsulları göndərilib.

Etikxeber.az-ın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Ehtiyatlara Nəzarət Departamentinin direktoru Emin Həsənzadə deyib.

Bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana 30 tona yaxın qida məhsulları yolla salınır.

“Humanitar yardıma un, düyü, qənd, çay, eyni zamanda dərman ləvazimatları da daxildir. Avtomobillər artıq yola düşməkdədir”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Azərbaycanda Yel çərşənbəsi qeyd olunur-BU GÜN

Read Next

Əbu-Dabi və Dubayda qalmış 195 Azərbaycan vətəndaşı təxliyə edilir-XİN-DƏN AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir