İranda baş verən zəlzələ Azərbaycanın sərhəd rayonlarında hiss olundu

Noyabrın 8-də İran ərazisində 6 bal gücündə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən Etikxeber.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 02:47-də qeydə alınıb.

Ocağı 2 kilometr dərinlikdə yerləşən zəlzələ Azərbaycan ərazisinin sərhəd rayonlarında (Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı) hiss olunub.

Etikxeber.az

Read Previous

Avroliqanın qrup mərhələsinin dördüncü turunun oyunları – NƏTİCƏLƏR

Read Next

Əmtəə nişanları, coğrafi göstəricilər və jarqonlardan istifadəyə – QADAĞA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir