İranda güclü zəlzələ baş verdi: YARALILARIN SAYI 550 NƏFƏRƏ ÇATDI – FOTO – YENİLƏNİB – (2)

İranda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 550 nəfərə çatıb.

Bu barədə İranın “Press TV” telekanalı məlumat yayıb.

Ölkənin Kermanşah vilayətində 20-dən artıq təkrar təkan qeydə alınıb. Bu gün vilayətdə məktəb və universitetlər fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, İranın İraqla sərhəddə yerləşən Kermanşah vilayətində 6,4 bal gücündə baş verən zəlzələ qonşu ölkədə də böyük həyəcana səbəb olub. Bəzi sakinlər evlərini tərk ediblər. Təşvişə düşərək yüksəklikdən tullanan 1 nəfər ölüb, daha 45 nəfərin yaralandığı bildirilir.

İranın qərbində yerləşən Kermanşah vilayətində 6,4 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 420 nəfərə çatıb.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, zəlzələdən zərər çəkən ərazilərə 23 operativ qrup göndərilib.

Ölənlər barədə məlumat daxil olmayıb.

***

İranın qərbində yerləşən Kermanşah vilayətində 6,4 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 361 nəfərə çatıb.

Bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, xəsarət alanlardan yalnız 8-i xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində tibbi yardım göstərilib.

***

İranın qərbində yerləşən Kermanşah vilayətində 6,4 bal gücündə baş verən zəlzələ zamanı xəsarət alanların sayı 210 nəfərə çatıb.

Etikxeber.az Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Kermanşah vilayətinin qubernatoru Huşeng Bazvend bildirib.

“Vilayətin üç şəhərdən – Gilyanqərb, Qəsri-Şirin və Serpol-Zehabdan 210 nəfər xəsarət alıb. Ölənlər barədə məlumat daxil olmayıb”, – deyə qubernator qeyd edib.

Qeyd edək ki, Tehran Universitetinin geofiziki seysmoloji mərkəzinin məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 20:07-də qeydə alınıb. Zəlzələnin episentri yerin 7 kilometr dərinliyində yerləşib.

Etikxeber.az

Read Previous

“Avropa İttifaqından ayrılırıq, Avropadan yox” – MEY

Read Next

Ukrayna hərbi vəziyyət rejiminə keçir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir