Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İranın Əhvaz şəhərində terror aktı törədilib.
Hadisə zamanı bir neçə nəfər ölüb.
Etikxeber.az İranın “Press TV” telekanalına istinadla xəbər verir ki, naməlum şəxslər hərbi paradın iştirakçılarına və tamaşaçılarına atəş açıb.
“Əhvaz şəhərində baş verən terror aktı nəticəsində bir neçə nəfər ölüb”, – telekanalının məlumatında deyilir.
İranın rəsmi xəbər agentliyi olan İRNA isə terraktda 20-yə yaxın insanın yaralandığı barədə xəbər yayıb.
Yarı rəsmi sayılan “Tasnim” agentliyi isə 8 nəfərin öldüyünü bildirib.
Həmçinin, terraktı törədənlərdən 2-nin öldürüldüyü, 2-nin isə axtarıldığı qeyd olunub.
***
Son məlumatlara görə, hərbi paradı izləyən İran prezidenti Həsən Ruhani isə mühafizəçilər tərəfindən tələm-tələsik hadisə yerindən uzaqlaşdırılıb.
***
Bu gün səhər İranın Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror aktında həlak olanların sayı 24 nəfərə çatıb.
Bu barədə Press TV telekanalı məlumat yayıb. Silahlı hücum təxminən 10 dəqiqə davam edib. Həlak olanlardan 8-i hərbçidir. Terrorçulardan 4-ü öldürülüb.
Hücumun məsuliyyətini “Əl Əhvaziyə” terror təşkilatı üzərinə götürüb.
İRNA rəsmi xəbər agentliyinin məlumatına görə, terror aktı nəticəsində 53 nəfər yaralanıb. Yaralananlar arasında uşaqlar və qadınlar da var.
https://www.youtube.com/watch?v=w10HO96jG5M
Etikxeber.az