İranın cavabı çox ağır olacaq – RUHANİDƏN XƏBƏRDARLIQ VƏ TƏHDİD

Bu gün İran prezidenti Həsən Ruhani BMT-nin 25-ci sessiyasında iştirak etmək üçün Nyu-York şəhərinə yola düşüb.

Etikxeber.az xəbər verir ki, H.Ruhani hava limanında jurnalistlərə açıqlama verərək deyib ki, Əhvazda törədilən terror aksiyasına görə İranın cavabı çox ağır olacaq.

irannnnnnnnnnnnnnnnnnnnn

Onun sözlərinə görə günahsiz insanların qətlə yetirilməsi insanlığa sığışmayan hərəkətdir. İran xalqı bu kimi terror aksiyasına görə qorxuya düşməyəcək və düşmənə layiqli cavab verəcək.

Prezident qeyd edib ki, İran ABŞ-ın sanksiyalarının öhdəsindən gələcək. Bu terror aksiyasını törədənlər peşman olacaqlar.

H.Ruhani onu da bildirib ki, Nyu-Yorkda “Nüvə proqramı” ilə əlaqədar imzalanmış müqaviləni müzakirə edəcək və bir sıra dövlət başçıları ilə görüşəcək. Görüşlərdə regional və qlobal xarakterli siyasi məsələlər müzakirə ediləcək.

Etikxeber.az

Read Previous

Bayrağımızı gözləyən yüksəkliklər – AKADEMİK YAZDI

Read Next

Bakı az qala suyun “altında” qaldı… – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir