İranla Azərbaycan arasında viza rejimi ləğv edilməlidir – Qüdrət Həsənquliyev

İranla Azərbaycan arasında viza rejimi ləğv edilməlidir.

Etikxeber.az xəbər verir ki, bu fikri millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan-İran-Ruisya arasında imzalanan Bəyannamənin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, hazırda İranda 30 milyondan çox soydaşlarımız yaşayır. “Ancaq İran vətəndaşlarının Azərbaycana gəlişi üçün viza rejimi sadələşdirilmədiyindən çətinliklər yaşanır. Hesab edirəm ki, viza rejimi ya ləğv olunmalı, ya da sadələşdirilməlidir. Bu yolla orada yaşayan soydaşlarımız Azərbaycana rahat gəlib- gedə bilərlər. Çünki belə bir qayda Gürcüstan, Rusiya və digər ölkələrlə mövcuddur”– deyə, Q. Həsənquliyev vurğulayıb.

Millət vəkili onu da əlavə edib ki, Haqqın.az Türkiyənin tanınmayan bir saytına istinadən belə bir məlumat verib ki, Türkiyədə bir çox insanlar Azərbaycan-Türkiyə qardaşlığı münasibətlərinə rişxəndlə yanaşırlar: “Bildirirlər ki, bu necə qardaşlıqdır ki,  iki ölkə arasında hələ də viza rejimi mövcuddur. Baxmayaraq ki,  Türkiyə ilə dünyanın digər ölkələr arasında viza rejimi yoxdur. Ona görə də belə bir vəziyyətlə üzləşməmək və kiməsə belə vəziyyətdən istifadə edib yararlanmaması üçün İran vətəndaşlarına qarşı viza rejimi aradan qaldırlmalıdır”.

Etikxeber.az

Read Previous

Üzr istəməyə hazır olan ermənilərin Bakıya buraxılmasına razılıq verməliyik – DEPUTAT

Read Next

Zahid Oruc: “Bundan ancaq region qazana bilər…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir