İranla sərhəddə yaranan sıxlıq günün sonunadək aradan qaldırılacaq – Gömrük Komitəsi

Azərbaycan-İran sərhədində yaranan sıxlıq günün sonunadək aradan qaldırılacaq.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, ötən gündən etibarən vətəndaşların müqəddəs ziyarətgahlara səyahət etməsi ilə əlaqədar İran İslam Respublikası ilə sərhəddə yerləşən Astara Gömrük İdarəsində noyabrın 13-də nisbi sıxlıq müşahidə olunub.

Sıxlığın aradan qaldırılması məqsədilə Astara Gömrük İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Belə ki, son 1 gündə Astara Gömrük İdarəsi vasitəsilə 49 ədəd avtobus, 40 ədəd yüngül minik avtomobilinin, 3700-dən artıq sərnişinin keçidi təmin olunub ki, bu da sərhəd-keçid məntəqəsinin potensialından 3 dəfə çoxdur.

Hazırda ötən günlə müqayisədə sərhəd-keçid məntəqəsində sıxlıq azalıb və bu istiqamətdə həyata keçirilən müvafiq tədbirlər nəticəsində günün sonuna qədər sıxlıq tam aradan qaldırılacaq.

Etikxeber.az

Read Previous

“Yenədəmi öz cinayətlərinə Azərbaycan tərəfini şərik etmək istəyəcək?” – MURADOVA

Read Next

“Kəpəz” Azərbaycan millisinə qalib gəldi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir