İraq ordusu Mosuldan 25 kilometr cənubda yerləşən Hammam əl-Alil şəhərinin İŞİD terrorçularından azad edildiyi barədə məlumat yayıb.
Etikxeber.az RİA Novosti informasiya agentliyinə istinadən xəbər verir ki, Dəclə çayı sahilində yerləşən Hammam əl-Alil şəhəri İŞİD terror qruplaşması tərəfindən 2014-ci ildə zəbt edilmişdi. İraq ordusunun bir qədər əvvəl verdiyi məlumatda şəhər tam azad edildikdən sonra federal polis qüvvələrinin Mosul beynəlxalq aeroportu istiqamətində hərəkətə başlayacaqları bildirilib.
Xatırladaq ki, Mosulun İŞİD yaraqlılarından azad edilməsi əməliyyatı oktyabrın 17-də başlayıb. Əməliyyat ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın aviasiya dəstəyi ilə həyata keçirilir.
Etikxeber.az