İraqda olan azərbaycanlıların ölkəyə qaytarılması asan olmayan məsələdir – MM SƏDRİNİN MÜAVİNİ

MM rəhbərliyi İraqda olan azərbaycanlı uşaqların taleyindən narahatdır

İraqda olan azərbaycanlıların ölkəyə qaytarılması asan olmayan və ağrılı məsələdir. Bununla bağlı müxtəlif məlumatlar gəlir. Milli Məclisin İnsan hüquqları komitəsi olaraq bir neçə dəfə öz yaxın qohumlarının uşaqları İraqda olan insanların qəbulu zamanı konkret faktlarla bağlı məlumatlar almışıq. Komitəyə edilən çoxsaylı müraciətləri müvafiq orqanlara ünvanlamışıq. Aldığımız cavablardan da bəllidir ki, bu iş davam etdirilir, hökumətlərarası münasibətlərlə tənzimlənir. Əlbəttə, bu məsələ o qədər asan və rahat iş deyil.

bahar-komita-2

Etikxeber.az  xəbər verir ki, bunu Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova deyib.

B.Muradova deyib ki, Azərbaycan dövləti öz vətəndaşlarının nəzarətdən kənar zonalarda bu şəkildə əzab-əziyyətə düçar olması ilə barışa bilməz:

“Ölkəmiz özünün imkanları çərçivəsində nəticəyə hesablanan fəaliyyət aparır və arzu edək ki, bu fəaliyyət səmərəsini versin”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Girovların azad edilməsi ilə bağlı irəliləyiş yoxdur – VİTSE- SPİKER

Read Next

Paşinyanın istefasının tələb olunacağı bəlli idi – BAHAR MURADOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir