İraq ilə Misir neft sahəsində qazma, emal və satışı həyata keçirəcək birgə investisiya şirkətlərinin yaradılmasına dair ilkin razılıq sənədi imzalayıblar.
Etikxeber.az xəbər verir ki, bu barədə İraqın neft sənayesi naziri Cabbar Əli əl-Layibi Misirin neft naziri Tarık əl-Molla ilə Bağdadda keçirdiyi mətbuat konfransında məlumat verib.
Cabbar Əli əl-Layibi sənədin özəl sektor vasitəsilə zavodlara investisiyanı, infrastrukturun inkişaf etdirilməsini, təbii qaza investisiya və işçi qüvvəsinin öyrədilməsi imkanlarını ehtiva etdiyini söyləyib.
Misirin neft naziri isə iki ölkə arasında birgə şirkətlərin qurulmasının neft sənayesini daha yaxşı bir səviyyəyə qaldıracağını qeyd edib.
Etikxeber.az