İş adamını öldürən azərbaycanlının Rusiyada apellyasiya şikayəti təmin olunmadı

Rusiyada Orenburq vilayət məhkəməsi Türkiyə vətəndaşını qətlə yetirən Azərbaycan vətəndaşının apellyasiya şikayətini təmin etməyib.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə,  bu barədə “ria56.ru” saytı xəbər yayıb.

Məlumata görə, məhkəmə cəzanı cəmi 2 ay azaldıb.

Türkiyəli biznesmen Altan Güngörü qətlə yetirən azərbaycanlı Muradxan Cəlilova bu ilin iyununda hökm oxunub. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 9 il 10 ay azadlıqdan məhrum edilib. Bundan başqa, ona iş adamının ailəsinə dəyən mənəvi ziyan qarşılığında təxminən 16 min dollar, maddi ziyan qarşılığında isə təxminən 3 min dollar cəza kəsilib. Daha sonra məhkum apellyasiya şikayəti verib.

Xatırladaq ki, 2015-ci ilin avqustun 23-də Altan Güngör Türkiyədən Moskvaya, oradan da Orenburqa uçub və hava limanından çıxdıqdan sonra itkin düşüb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onun üzərində zorakılıq əlamətləri olan cəsədi meşədə basdırılmış şəkildə tapılıb.

Etikxeber.az

Read Previous

Gənc Tamaşaçılar Teatrının baş rejissoru beynəlxalq festivalda münsif olacaq

Read Next

“Qarabağ” ilk qələbəsini qazandı: 2-0 – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir