İsa Qəmbər Müsavatın yeni və yenidən-BAŞQANI OLDU…

Müsavat Partiyasının bu gün keçirilən XI qurultayında yeni başqan seçilib.

Etikxeber.az-ın xəbərinə görə, səsvermədə Müsavat Partiyasının başqanlığına yeganə namizəd olan İsa Qəmbərin lehinə qurultay nümayəndələrindən 275-i səs verib.

Beləliklə, İsa Qəmbər Müsavat Partiyasının yeni başqanı seçilib.

Qeyd edək ki, Müsavat başqanının müavini, Divan üzvü Osman Kazımov və Müsavatın Səbail təşkilatının üzvü Natiq Ulubəy başqanlığa namizədliklərini açıqlasalar da, İsa Qəmbər namizədliyini irəli sürdükdən sonra qurultaydan öncə onlar geri çəkiliblər.

Onu da qeyd edək ki, Azərbaycanın tanınmış və nüfuzlu siyasətçilərindən olan İsa Qəmbər 1992-2014-cü illərdə də Müsavatın başqanı olub.

Etikxeber.az

Read Previous

Bölgələrə yağış, Şahdağda isə qar yağıb-FAKTİKİ HAVA AÇIQLANDI – YENİLƏNİB

Read Next

DİM bir sıra imtahanlar keçirib-BU GÜN – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir