İsfar Srabinski və Rain Sultanovun konserti olacaq

Oktyabrın 27-də azərbaycanlı gənc caz ifaçılar İsfar Srabinski və Rain Sultanov “Badi-Kubə” kirxanın səhnəsində cazsevərlər ilə görüşəcəklər.

Etikxeber.az xəbər verir ki, Bakı Beynəlxalq Caz Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə ifaçılar öz repertuarından populyar caz musiqi nömrələri səsləndirməklə yanaşı, dünya caz musiqisinə də müraciət edəcəklər.

Qeyd edək ki, oktyabrın 22-dən 30-dək Bakıda keçirilməsi nəzərdə tutulan Bakı Beynəlxalq Caz Festivalına dünyanın bir sıra tanınmış caz ifaçıları və kvartetləri qatılacaq.

Etikxeber.az

Read Previous

“Bəzən dərdimiz restorana getməmək, xaricdə istirahət etməməkdir…” – DEPUTAT

Read Next

Trampdan Klintona: “Sonuncu debatdan əvvəl dopinq testdən keçməliyik”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir