“İsgəndərə” qarşı İsraildən raket sistemləri alınması Kremlin xoşuna gəlməyəcək”-Politoloq

“Rusiyanın modern “İsgəndər” raketləri Ermənistanda peyda olduqdan sonra Azərbaycanın iki seçimi var. Birinci seçim – rəsmi Bakı Kremlə müraciət edir ki, Rusiya bizə də “İsgəndər” raketləri satsın. Halbuki, Kreml eyni adlı raketləri Ermənistana peşkəş verib ki, bölgədə hərbi balans Azərbaycanın xeyrinə pozulmasın. Əgər Kreml Azərbaycana “İsgəndər” raketlərini satmaq istəməsə qalır ikinci seçim – “İsgəndər” raketlərini havada neytrlaşdırmağa imkan verən raketlərdən müdafiə sistemini əldə etməkdir. Bu sistemi İsrail Azərbaycana satmağa hazırdır”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, Rusiyanın Azərbaycana “İsgəndər” raketlərini satacağını düşünmür.

Onun sözlərinə görə, çünki əks halda həmin raketləri Ermənistana ötürməzdi.

“Elə Moskvanın raketləri Ermənistana ötürməkdə məqsədi hərbi balansıт Azərbaycanın xeyrinə pozulmasına mane olmaq idi. İndi həmin raketləri bizə də versə üstünlük yenə də Azərbaycanın tərəfində olacaq. Bu Kremlin maraqlarına cavab vermir. Digər tərəfdən Azərbaycan Türkiyənin hərbi strateji müttəfiqidir. Rusiya ehtiyat edə bilər ki, “İsgəndər” raketlərinin texnologiyası NATO ölkəsinin əlinə keçə bilər. Azərbaycanın “İsgəndərə” qarşı İsraildən müasir raket sistemləri alması da Kremlin xoşuna gəlməyəcək. Çünki Azərbaycan Rusiyanın silahından da üstün olanına yiyələnəcək. Bütün hallarda nə etsək, bu Kremlin xoşuna gəlməyəcək. Ancaq biz hərbi qüdrətimizi Rusiyanın xoşuna gəlib gəlməmək üçün artırmırıq, nə ediriksə, işğal altındakı torpaqların azadlığı üçün edirik. Bunu isə heç kim bizə qadağan edə bilməz”-deyə, politoloq sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Qeyri-qanuni miqrantların repatriasiyası ofisi yaradılacaq

Read Next

Gəncə Dövlət Kukla Teatrı yeni mövsümü “Səlim və sehrbaz” tamaşası ilə açd;

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir