“İsgəndər Həmidovun vəziyyəti hələ də ağır olaraq qalır…” – ƏVƏZ ZEYNALLI – YENİLƏNİB

Mərkəzi Klinik Xəstəxanadayıq. İsgəndər bəyin vəziyyəti ağır olaraq qalır. Həkimlərlə görüşdüm, ətraflı məlumat aldım.

Etikxeber.az xəbər verir ki, bu haqda tanınmış jurnalist Əvəz Zeynallı öz “Facebook” səhifəsində yazıb.

“Yanına – reanimasiyaya girdim, süni nəfəs aparatına qoşulub. Komadadır. Yalnız nəfəs ala bilir. Dostlar, İsgəndər Həmidovun vəziyyəti dostlarını üzəcək haldadır…
Oğlu Məcidlə söhbətləşdik. Bu dəqiqələrdə İsgəndər bəyi Mərkəzi Klinik Xəstəxanadan çıxarıb “City” hospitala aparırlar. Artıq “City” hospitalın ambulansı gəlib.
Dualarımız İsgəndər Həmidovla olsun!”-deyə, o, sonra qeyd edib.

Qeyd edək ki, Azərbaycanın tanınmış simalarından olan İ. Həmidov 1992-93-cü illərdə Daxili işlər naziri vəzifəsində çalışıb, həmçinin, məşhur “43-lər”-dən, “İstiqlal”çı deputatlardandır.

***

Ə. Zeynallı bir az öncə yazdığı növbəti statusunda İ. Həmidovun dünyasını dəyişməsi barədə sosial şəbəkələrdə yayılanları təkzib edib:

“Ard-arda dostlar zəng edib İsgəndər Həmidov haqqında soruşurlar. Facebook-da bəzi dostların İsgəndər Həmidovun vəfat etməsi haqqındakı paylaşımları narahatçılıq yaradıb. Bu gün səhər də yanında olmuş, həkimləri ilə əlaqə saxlamışdım. İndi də dərhal İsgəndər bəyin yaxınları ilə əlaqə saxladım. Öncə qardaşı oğlu Şəhriyar Məcidzadə ilə danışdım. Şəhriyar bəy xəbəri təkzib etdi. İsgəndər bəyin oğlu Məcid bəy də durumun çox ağır olduğunu, amma atasının yaşadığını bildirdi. Hazırda İsgəndər Həmidovun müalisə aldığı “City” hospitalla əlaqə saxlanıldı. Növbətçi həkim Məhəmməd Səfərovun verdiyi məlumata görə, İsgəndər bəyin durumu sabit ağır olaraq qalır, amma başqa bir dəyişiklik yoxdur.Əziz dostlar, İsgəndər Həmidovun vəziyyəti həqiqətən çox ağırdır, amma dəqiqləşdirmədən lütfən yanlış xəbərlər paylaşmayaq. Bu, həm onun ailəsinə, həm də dostlarına yaxşı təsir göstərmir. Dua edək ki, Tanrı öz möcüzələrindən birini daha göstərsin və İsgəndər bəyi yaşama qaytarsın. Allah bütün xəstələrə şəfa versin, İsgəndər bəyə də!”

Etikxeber.az

Read Previous

Avropa çempionu-DEPUTATLIĞA NAMİZƏDƏ UĞURLAR ARZULADI – FOTOLAR

Read Next

“Seçkilər hüquqi dövlət quruculuğunun əsas göstəricilərindən biridir…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir