“İşğal olmuş rayonları bir-bir azad edəcəyik” – NAZİR

“Heç şübhə etmirəm ki, işğal olmuş rayonları bir-bir azad edəcəyik”.

Etikxeber.az-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına beynəlxalq təşkilatların cəlb olunması məsələsinə münasibət bildirərkən deyib.

O, bildirib ki, bu, birinci addımdır:

“Amma gec-tez məsələsi var. Beynəlxalq təşkilatlarla danışıqlar gedir. Bu bir günlük proses deyil. Gərək təqdim edəsən, cəlb edəsən. İlk növbədə Azərbaycan hökuməti edəcək. Amma beynəlxalq təşkilatlarla təmaslar davam edir. Gərək yollar, su ilə bağlı arayışlar təqdim edilsin”.

Etikxeber.az

Read Previous

Ata 13 yaşlı qızını qətlə yetirdi – VƏHŞİLİK

Read Next

Məmmədyarov: “Əsgərimizin meyitinin qaytarılmaması həmsədrlərlə müzakirə ediləcək”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir