“İşğal siyasətinə son qoymadan Yaxın Şərqə sülh gələ bilməz” – TÜRKİYƏDƏN ABŞ-LA İSRAİLƏ ETİRAZ

ABŞ-ın saxta sülh planı ölü doğulub. Bu plan problemin ikitərəfli danışıqlar yolu ilə həllini məhv etmək və  Fələstin torpaqlarını qəsb etmək məqsədi güdür.

Etikxeberaz-ın xəbərinə görə, Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidenti Donald Trampın  İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə açıqladığı Yaxın Şərqdə 100 illik “Əsrin sövdələşməsi” planında Fələstinlə bağlı mövqeni pisləyib:

“Fələstin xalqı və torpaqları pulla satın alınmaz. Qüds qırmızı xəttimizdir. İsrailin işğalına haqq qazandıracaq addımlara icazə verməyəcəyik. Qardaş Fələstin xalqının yanında olacağıq. Fələstin ərazilərində müstəqil Fələstin üçün mübarizəmizi davam etdirəcəyik”.

Açıqlamada daha sonra bildirilib ki, Fələstinin qəbul etməyəcəyi hər hansı bir planı Türkiyə də dəstəkləmir: “İşğal siyasətinə son qoymadan Yaxın Şərqə sülh gələ bilməz”.

Qeyd edək ki, Türkiyə Parlamentinin sədri Mustfa Şəntop da ABŞ-ı təktərəfli mövqeyində qınayaraq, bu planın nəticəsiz qalacağını bildirib (APA).

Etikxeber.az

Read Previous

AŞPA-DA-“20 YANVAR” MÜZAKİRƏLƏRİ – FOTOLAR

Read Next

“Xalqa xidmət etməkdən böyük qürur hissi duyuram” – ZİYAD SƏMƏDZADƏ AĞSAQQALLARLA BİR ARADA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir