İşğalçıya qarşı hər cür müharibə xalqımızın borcudur və bu, qanunidir!-AYDIN TAĞIYEVİN BAXIŞI

Qədim və zəngin dövlətçilik tarixinə malik tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın başladığı ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan xalqı öz torpaqlarında çoxşaxəli mədəniyyətlə yanaşı dövlətçilik ənənələri də yaratmışdır.

Təqribən 5 min illik dövlətçilik tarixi olan Azərbaycanın dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olduğu təsdiq edilir.

Təəssüf ki, belə qədim tarixə malik dövlətimizə qarşı ərazi iddiasında olan, mayaları məkrlə, yalanla yoğrulan, tarixi sənədlərdə adları yalnız coğrafi məkan kimi keçən və heç bir dövlətçilik ənənələri olmayan Ermənistan kimi mənfur bir qonşusu var.

Dövlətləri olmayan ermənilər hələ V-ci əsrdən bütün dünyaya səpələnib,bütün dövrlərdə müəyyən ərazilərə göz dikib və orada öz dövlətlərini yaratmağa çalışmışlar. Ələ keçirmək üçün dəridən-qabıqdan çıxdıqları,hər cür məkrli plana əl atdıqları türk torpaqlarından biri də Qarabağın dağlıq hissəsi olmuşdur.

Onların Azərbaycan torpaqlarına qarşı ərazi iddiası XIX əsrin əvvəllərində rusların Qafqaza gəlməsi ilə daha da artdı. Nəhayət rusların köməyindən istifadə edən ermənilər öz istəklərinə nail oldular. Hamıya məlum olduğu kimi, onlar böyük havadarlarının köməyi ilə Dağlıq Qarabağı və bütün ətraf rayonları ələ keçirdilər. Artıq 30 ilə yaxındır ki, ermənilər Azərbaycanın ərazisinin 20 faizini işğal etmiş, 1 milyondan yuxarı azərbaycanlını qaçqın və məcburi köçkün vəziyyətinə salmışlar.

XX əsrin ən böyük vandalizmini həyata keçirən, xalqımıza qarşı Xocalı, Ağdaban kimi dəhşətli soyqırımlar edən bu barbar milləti dünya görsə də susur, ermənilərin bu vəhşiliyini görməməzliyə vurur. Dağlıq Qarabağ və ətraf rayonların işğalı, bu ərazilərdə törədilən vandallıq, tarixi abidələrin məhvi, yaşıllığın məhv edilməsi, şəhərlərin viran qoyulması Ermənistanın terror dövləti olmasının sübutudur. Bu terrorun kökü kəsilməlidir! Lakin Ermənistanın və havadarlarının, bu vəhşiliyə göz yuman hər kəsin unutduğu bir çey vardı ki, türkün tökülən qanı yerdə qalmır. Təcavüzkara qarşı tarixin hökmü həmişə amansız olub!

Bu gün Azərbaycan işğal edilmiş torpaqlarından terrorçu, vandal, işğalçı Ermənistanı təmizləmə əməliyyatı həyata keçirir. Qısa müddətdə düşməndəndən təmizlənmiş strateji yüksəkliklər, kəndlər onu deməyə əsas verir ki, Azərbaycan Ordusu öz haqlı davasında qətiyyətlə irəliləyir. Yaxın zamanda ana vətənimin bütün torpaqları düşmən tapdağından təmizləənəcək, bütün ərazilərdə şanlı üç rəngli bayrağım dalğalanacaq. Müşahidələrim onu deməyə əsas verir ki, ermənilərdən 1992-93-cü ilin heyfi az müddətdə çıxılacaq. Rəşadətli ordumuzun əks-hücumlarının qarşısında aciz qalan düşmən ordusu olduğu yerdə bütün silah-sursatı qoyaraq geriyə qaçır.

Artıq cəbhədə döyüşməyə adam qalmadığı üçün əsgərlərini posta zəncirləyən, qadınlarını döyüşməyə səsləyən, suriyalı yaraqlıları, terroristləri müharibəyə cəlb edən rəzil bir düşmənlə üz-üzəyik. Düşmənin arxa cəbhəsi belə ön cəbhəsinə dəstək verməyə qorxur. Bütün bunların qarşısında Azərbaycan isə bütöv bir yumruq kimi birləşib. Savaş varsa şəhid var! Şəhid varsa vətən var! Düşmənin leş sayını artıran millətimin igid oğulları öz qanları bahasına belə olsa yalnız irəli gedir, qəhrəmanca uca şəhidlik zirvəsinə yüksəlir.

Vətəndaşlarımız vətən torpağının bir qarışı üçün belə mübarizə aparmağa can atır, böyük mübarizə əzmi, döyüş ruhu ilə öz müqəddəratını özü həll edir. Yeni tarix yazan Azərbaycan dünyaya vətənpərvərlik dərsi keçir, qələbə xəbərlərinə doymur! Anlaşılan odur ki, müharibə Azərbaycan Ordusunun qələbəsilə bitdikdən sonra müharibənin iqtisadi dəyəri ermənistanı diz üstə qoyacaq, hakimiyyəti devirəcək. Müşahidələr və məğlubiyyət yaşayan düşmən bunu deməyə əsas verir.

İndi hər bir azərbaycanlı öz cəbhəsində bir əsgərdir. Ona görə də, mövcud vəziyyətdə biz informasiyanı da müharibə qaydalarna uyğun yaymalıyıq. Hər kəs, xüsusilə sosial şəbəkələrdə aktiv olanlar danışdığı sözün, yaydığı hər hansı məlumatın məsuliyyətini anlamalıdır. Həmçinin düşmən tərəfin yaydığı heç bir əsası olmayan informasiyaya inanmaq olmaz. Ermənilər məğlub olduqları üçün dezinformasiya yayır, hər cür əməldən istifadə edib panikaya düşən xalqına psixoloji təsir etməyə, guya qələbə qazandıqlarına inandırmağa çalışırlar. Bəzən onların bu hiyləgər planları bizim vətəndaşlar arasında da çaşqınlığa səbəb olur. Diqqətli olun, unutmayın ki, bunların hamısı xalqımızı ruhdan salmaq, əhalinin mənəvi-psixoloji ruhunu sarsıtmaq üçün planlı şəkildə edilən müxtəlif  vasitələrdir. Çünki Ermənistan əhalisi özüdə çox gözəl bilirlər ki, o torpaqlar onların deyil.

İndi söz hərbçilərindir, diplomatiya sonra danışacaq! Erməniyə verilən bugünki dərs, regionda gələcək beynəlxalq sülh və təhlükəsizliyə zəmin yaradır. Onları dəstəkləyən digər dövlətlər, güc strukturları unutmasın ki, 30 ildir lal-kar olan heç kim indi Azərbaycanı haqq mübarizəsindən çəkindirə bilməz! Təəssüf ki, biz Fransa kimi sivil dövlətin timsalında ermənilərə havadarlıq edənləri açıq-aydın görürük.

Lakin Fransanın Prezidenti Emmanuel Makronun baş verən münaqişələrlə bağlı bəyanatı, bu münaqişəli məsələnin həll edilməsi üçün yaradılan Minsk qrupu həmsədri kimi ölkənin vasitəçilik missiyası ilə uyğun gəlmir. Bu bəyanat bölgədə beynəlxalq təhlükəsizliyin və beynəlxalq hüququn təmin edilməsinə xidmət etmir. Əminəm ki, bu gün Fransanın Şarl de Qoll, Jak Şirak kimi prezidentləri olsaydı, onlar Fransa adına belə bəyanatlar verməzdi. Makronun bəyanatı cəfəng iddialardan, onun sərsəmləməsindən başqa bir şey deyil.

Lakin heç bir kənar təsir ulu Türkün yadigarı Azərbaycanın mübarizə əzminə təsir edə bilməz. İndi ölkəmin hər guşəsindən Vətən Müharibəsində iştirak etmək üçün könüllü olaraq cəbhəyə yollanan igid, qorxmaz oğulları var. Bu gün Azərbaycanın siravi vətəndaşından tanınmış idmançısına, müəllimindən həkiminə xalqın bütün nümayəndələrindən cəbhəyə yollanan könüllülər var. Ruhumuz qələbəyə köklənmiş, ürəyimiz dağ boyda, yolumuz Murova, Laçına, Şuşayadır! Qələbədən sonra ilk dəfə Xankəndində, Şuşada dünyaya gələcək körpə səsləri bu müqəddəs torpaqlara  yeni nəfəs, yeni həyat gətirəcək. Həmin körpələr də  qəhrəman sayılmalıdır, çünki tarix yazan millətin parlaq gələcəyi onların əlindədir!

Ermənilərin “ata-babaları” 100 il xainlik, satqınlıq, yaltaqlıq, paxıllıq, məkirlilik, riyakarlıq ediblər. Tarix boyu fürsət düşəndə “yazıq millət libasında” ağlaşa-ağlaşa havadarlarının əli ilə DAĞLIQ QARABAĞI AZƏRBAYCANDAN! CANI BƏDƏNDƏN QOPARMIŞDILAR! İndi Tarix təkrarlanır, azərbaycanlıların haqlı savaşı nəticəsində torpaqlarmız azad edilir!Bu yolun Sonu Ağdamda Şuada, Laçında, Kəlbəcərdə, lazım gəlsə İravanda tamamlanacaq!

Bu müqəddəs savaşdır, bu xalq davasdır! İşğaldan azad olunan torpaqlarda, sözləri mənə- Aydın Tağıyevə məxsus qələbə marşını oxuyaraq torpaqlarımıza addımlamağı arzu edirəm bütün Azərbaycana! Qələbə uzaqda deyil! Haqqın qələbəsinin vaxtı elə bu gündür! İrəli, Azərbaycan əsgəri!

Aydın TAĞIYEV,

Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri

Etikxeber.az

Read Previous

Diplomatik korpusların və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncə və Mingəçevirə-SƏFƏR EDİBLƏR – YENİLƏNİB – (1) – FOTOLAR

Read Next

Milli Məclis Ermənistanın Gəncəni raket atəşinə tutması ilə əlaqədar bir sıra beynəlxalq təşkilatlara və milli parlamentlərə-MÜRACİƏTLƏR ÜNVANLADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir