İşğaldan azad olunmuş ərazilərdə FHN-in növbəti yerli strukturları fəaliyyətə-BAŞLADI – FOTOLAR

Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının təşkilini davam etdirir.

Nazirlikdən Etikxeber.az-a verilən xəbərə görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər, Cəbrayıl, Zəngilan və Qubadlı rayon Dövlət Yanğından Mühafizə hissələri müvafiq olaraq Şuşa, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərində fəaliyyətə başlayıb. Bütün hissələr xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

Xatırladaq ki, bundan əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli şəhəri və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlamışdı.

Etikxeber.az

Read Previous

“44 günlük müharibə göstərdi ki, nə biz o bizik, nə dövr o dövrdür! Üstəlik, onu da unutmayaq ki, biz tək deyilik”-BƏHRUZ MƏHƏRRƏMOVDAN KƏLBƏCƏR VƏ 25 NOYABR AÇIQLAMASI

Read Next

“Azərbaycan ərazisində kilsələrin taleyi ilə bağlı narahatlığın ifadə edilməsi xalqımıza qarşı ən azı hörmətsizlikdir”-“MÜSAVAT”-DAN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir