“İşğalı siyasətindən əl çəkməyincə, onları natahat edən o “işğal”da qalacaq…” – MİLLƏT VƏKİLİ

Ermənistan parlamentinin deputatı Arman Babacanyan ölkəsindəki iki güc strukturunun rəhbərinin tutduqları vəzifədən uzaqlaş(dırıl)malarını işğalçı və casus mahiyyəti daşıyan keçmiş hakimiyyətin təmsiçilərindən təmizlənmək kimi qiymətləndirir.

Nikol Paşinyandan öncə Ermənistanın başında duran iki zatın ikisinin də SSRİ DTK-sının agentləri olduqları heç kimə sirr deyil. Ona görə də Babacanyanın onların hakimiyyətinin casus mahiyyəti daşıdığını vurğulamaqla nə demək istədiyi aydındır və heç bir sual doğurmur. Sual doğuran Köçəryan-Sarkisyan hakimiyyətin həm də işğalçılığının qabardılması və bundan qurtarılacağına bəslənən ümiddir.

Etikxeber.az xəbər verir ki, bunu politoloq, millət vəkili Sahib Alıyev deyib.

Millət vəkili  deyib ki, burada heç də Ermənistanın özünün yeritdiyi işğalçılıq siyasətindən söhbət getmir.

“Hayların bir çoxu, o sıradan da Arman Babacanyan bu fikirdədir ki, Ermənistan de-fakto Rusiyanın işğalı altındadır və bundan qurtarmaq lazımdır.

Amma babacanyanlar unudur ki, özləri Azərbaycan torpaqlarının işğalı siyasətindən əl çəkməyincə, onları natahat edən o “işğal”da qalacaq.

Niyəsini heç də bizdən pis bilmirlər…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Mürəkkəb geostrateji regionda müstəqil siyasət həyata keçirmək heç də asan məsələ deyil” – DEPUTAT

Read Next

Daha bir əsgərimizi itirdik…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir