Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Tural, Pərvin, Samir…
Bunlar ELƏ-BELƏ oğullar deyillər…
Bunlar Vətənin QİYMƏTLİ oğullarıdır…
Millətin, Dövlətin Qızıl Fonduna daxil ediləcək oğullardır…Əfsanəvi-keçmiş Xüsusi Təyinatlılardır…
Aprel döyüşlərinin, İkinci Vətən Müharibəsinin, bir neçə əməliyyatın, “Qisas” əməliyyatının iştirakçıları, döyüşçüləri, yaralılarıdır…
Medallarının sayı-hesabı yox…
Amma hələ də bir çox HAQLARI tanınmayıb…Orden, əlillik, mənzil, iş və sair…
Çünki heç zaman ucuz REKLAMA getməyiblər, özlərini GÖZƏ soxmayıblar…
Susublar, səbr ediblər, dözüblər, danışmayıblar…Abırlarını, həyalarını gözləyiblər…
Onlarla 4 aydır tanışam, onları 4 aydır tanıyıram…
İlk gündən də onları BALALARIM, ÖVLADLARIM kimi sevmişəm…
Elə bir gün olumur, olmaz ki, onlarla danışmayım, yazışmayım…
İmkan düşəndə də Bakıda, eləcə də Şəhid və Qazi məclislərində bir araya gəlirik…
Bir gün danışmayanda, yazışmayanda da darıxıram…Elə bilirəm ki, nəsə itirmişəm…
Çox DƏYƏRLİ balalar, Vətən sevdalısı oğullardır…
Hamımız belə balaların, belə isimli İSİMSİZ qəhrəmanların qədir-qiymətini bilməliyik…
Borcumuzdur çünki…Onlara bir ömür borcluyuq!
***
Bu gün günorta saatlarında yenə bir araya gəldik…
Yenə dərdləşdik (dərdlərdən uzaq olaq), söhbətləşdik…
Bəzən təəssüfləndik, bəzən də sevindik…
Və yenə çox gözəl bir gün oldu, gözəl bir gün yaşandı…
Üçünü də gözəl Allahımız, Böyük Yaradanımız qorusun!
Üçünün də HAQQI, ƏZİYYƏTİ yerdə QALMASIN!
Amin!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





