“İslam bir qədər dəcəl, çılğın idi, Əli isə çox utancaq, çox sakitiydi…”-ŞƏHİD QARDAŞLAR-İSLAM VƏ ƏLİ ƏHMƏDOVLARIN ANASI SEVİNC XANIM – FOTOLAR

Əli də, İslam da çox abırlı, çox həyalı uşaqlar idi. Kiminləsə işləri olmazdı. Əli çox sakit, çox utancaqıydı, danışdırmasan danışmaz, dindirməsən dinməzdi. İslam isə bir qədər emosional, çılğın, dəcəl, haylı-küylü idi. İkisindən də bir ana kimi çox razı idim.

Etikxeber.az xəbər verir ki, bunu Mingəçevirli Şəhid qardaşlar-Əli və İslam Əhmədovların anası Sevinc xanım Əhmədova deyib.

Sevinc xanımın sözlərinə görə, övladları arasında heç zaman fərq qoymayıb, amma böyük övlad olduğu üçün Əli ilə daha yaxın olub.

Bildirib ki, Əli onun həm də dərd ortağı, sirdaşı olub.

“İkisi ilə də müharibədən, Şəhidliklərindən bir gün qabaq, sentyabrın 26-da danışmışdım. Həmin gün Əli gələ bilmədi, amma İslam gəlib mənimlə görüşdü. Bu, bizim son görüşümüz, son danışığımız oldu…”-deyə, S. Əhmədova sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

19.09.2021, Bakı-Mingəçevir-Bakı

Etikxeber.az

Read Previous

Şəhid Sübhan Abdurəhmanlının qardaşı oğlu dünyaya gəldi-ADINI SÜBHAN QOYDULAR… -FOTOLAR – YENİLƏNİB

Read Next

Sabah hava-NECƏ OLACAQ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir