İslam Həmrəylik Oyunları zamanı Bakıda mədəni tədbirlər təşkil ediləcək

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşüb.

Nazirlikdən Etikxeber.az-a bildirilib ki, görüşdə İƏT ilə ölkəmiz arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb və gələcək perspektivlər müzakirə edilib.

İyad bin Amin Mədəni ölkəmizdə yenidən olmasından məmnunluğunu ifadə edərək səfərinin əsas məqsədinin İslam Həmrəylik Oyunlarına hazırlıqla tanışlıq və Azərbaycanla əməkdaşlıq imkanlarının yenidən müzakirəsindən ibarət olduğunu söyləyib.

Nazir Ə.Qarayev İslam Həmrəylik Oyunlarının hazırlığının bilavasitə ölkə rəhbərliyinin diqqətində olduğunu və bütün aidiyyəti təşkilatların bu işdə lazımı dəstək göstərdiyini bildirərək, nazirlik tərəfindən də həmrəylik oyunları dövründə maraqlı mədəni tədbirlərin təşkil ediləcəyini diqqətə çatdırıb.

Nazir, qonağa cari ilin aprelində keçirilmiş BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Bakı Forumunun nəticələri və 2017-ci ilin aprelində keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verdi.

Görüşdə, həmçinin İƏT institutları ilə əməkdaşlıq və Naxçıvanın “İslam Mədəniyyəti paytaxtı 2018”ə hazırlıqla bağlı da fikir mübadiləsi aparılıb.

Etikxeber.az

Read Previous

“ABŞ səfiri həddini aşır”- Müxalifət partiyasının liderindən sərt açıqlama

Read Next

Çingiz Abdullayev ittihamlara belə cavab verdi: “Hamısı yalandır”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir