İslam Həmrəyliyi Oyunlarının bağlanış günü Bakının yollarında nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulacaq

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi günü – mayın 22-də Bakının yollarında nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulacaq.

Etikxeber.az xəbər verir ki, bu sözləri mayın 20-də keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

Qeyd olunub ki, həmin gün Heydər Əliyev prospektinin “Excelsior” otelinin qarşısındakı yol qovşağından Sabunçu dairəsinədək olan hissəsi və Neftçilər prospektinin “Azneft” meydanından Yusif Səfərov küçəsinə qədər olan hissəsi günorta saatlarından sonra ümumi yol hərəkəti üçün bağlı olacaq.

Tamaşaçılar bağlanış mərasimini izləmək üçün Olimpiya Stadionuna metro və Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyyən edilən ekspress xətt avtobusları vasitəsilə gedə bilərlər.

Etikxeber.az

Read Previous

“İslamiada”: İdmançılarımız qələbə seriyasını davam etdirir – YENİLƏNİB (4)

Read Next

“Ruhani 2-ci müddətində dəyişikliklər etməyə resursları çatmasa…” – POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir