İslam Həmrəyliyi Oyunları ilə əlaqədar imtahanların vaxtında dəyişiklər ediləcək – ABBASZADƏ

Gələn il Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə əlaqədar imtahanların vaxtında dəyişiklər ediləcək.

Etikxeber.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. M. Abbaszadə deyib ki, bu məsələ hazırda müzakirə olunur və sonda vəziyyəti nəzərə alaraq müvafiq qərar veriləcək:

“May ayında Bakıda müəyyən imtahanlar, hətta sınaq imtahanları keçirilməyəcək. İslam Həmrəylik Oyunları ilə əlaqədar may ayında Bakıda sınaq imtahanı keçirə bilməyəcəyik. Magistratura və rezidenturanın II mərhələsi ilə bağlı imtahanların vaxtı da müzakirə olunur. Məktəblərdə dərslər iyunun 14-də başa çatacağı üçün buraxılış imtahanları da həmin vaxtdan sonra təşkil olunacaq”.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri qeyd edib ki, imtahanların cədvəli tam təsdiqlənəndən sonra yanvarda ictimaiyyətə açıqlanacaq.

Etikxeber.az

Read Previous

Nikaha daxil olmaq istəyən 219 min 256 nəfər tibbi müayinədən keçirilib – NAZİRLİK

Read Next

“Bu, milyonlarla itki deməkdir…” – ELDAR İBRAHİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir