İslam Həmrəyliyi Oyunlarının futbol yarışında 8 yığma komanda mübarizə aparacaq

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları dörd stadionda təşkil olunacaq.

Etikxeber.az xəbər verir ki, bu sözləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov fevralın 6-da jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, yarışda 23 yaşadək kişi futbolçulardan ibarət milli komandalar mübarizə aparacaqlar. Oyunlarda 8 komanda birincilik uğrunda yarışacaq. Hər komandanın heyətində üç böyük futbolçunun iştirakına icazə veriləcək.

Yarışda iştirak edəcək komandaların yaxın günlərdə müəyyənləşəcəyini bildirən nazir qarşılaşmaların “Azal Arena”da, “Bayıl Arena”da, Tofiq Bəhramov adına Respublika stadionunda və “Dalğa Arena”da oynanılacağını diqqətə çatdırıb.

Etikxeber.az

Read Previous

Əliyev Belçika şirkətlərini Azərbaycanın iqtisadiyyatının inkişafında iştiraka dəvət etdi – FOTO – YENİLƏNİB

Read Next

Füzuli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırıldı – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir