“İslamiada”: Daha iki medal – YENİLƏNİB (1)

Azərbaycanın daha bir idmançısı “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında uşu yarışlarının yarımfinalına vəsiqə əldə edib.

Etikxeber.az  xəbər verir ki, 56 kiloqram çəki dərəcəsində yarışan Elçin Eminov ilk görüşündə qırğızıstanlı Avazbek Amanbekova 2:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

***

İslamiadanın sərbəst güləş yarışlarında 86 kiloqram çəki dərəcəsində mübarizə aparan dünya və Olimpiya çempionu, Rio Olimpiadasının bürünc mükafatçısı Şərif Şərifov Azərbaycan millisinin aktivinə 28-ci bürünc medalı əlavə edib.

İdmançımız bürünc medal uğrunda görüşdə Tacikistan güləşçisi Baxodur Kodirov ilə qarşılaşıb. Görüş vaxtından əvvəl 11:0 hesabı ilə Ş.Şərifovun xeyrinə başa çatıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri idmançımızın qarşılaşmasına baxıblar.

***

Azərbaycan pəhləvanı Murtuzəli Müslümov IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş yarışlarında gümüş medalla kifayətlənməli olub.

70 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici görüşdə İran təmsilçisi Mostafa Hosseynxani ilə üz-üzə gəlib. Qarşılaşma 0:10 hesabı ilə iranlı pəhləvanın xeyrinə başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.

Etikxeber.az

Read Previous

HDP MHP ilə CXP arasında nifaq yaratdı və BAXÇALI DÖZMƏDİ, DEDİ Kİ…

Read Next

“İslamiada”da daha bir qızıl qazandıq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir