İslamiada: Əlcəzair – Pakistan: 47-24, Türkiyə isə İraqı üstələdi: 35:33 – FOTO – YENİLƏNİB (2)

Mayın 10-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində kişi və qadınlar arasında həndbol yarışlarının ikinci gününə start verilib.

Etikxeber.az xəbər verir ki, bu gün kişilər arasında yarışda “A” qrupunda Əlcəzair-Pakistan və Azərbaycan-Səudiyyə Ərəbistanı qarşılaşmaları keçiriləcək. “B” qrupunda yer alan komandalardan Türkiyə milli yığması İraq kollektivi, İordaniya həndbolçuları isə Mərakeş təmsilçiləri ilə qarşılaşacaqlar.

Qadınların yarışında isə Kamerun həndbolçuları Türkiyə komandası ilə, Azərbaycan təmsilçiləri Özbəkistan yığması ilə üz-üzə gələcək.

***

Pakistan yığması ilə qarşılaşan Əlcəzair həndbolçuları ilk dövrəni 20:8 hesabı ilə öz xeyrinə tamamlayıblar. Matçın ikinci hissəsində də rəqibinə şans verməyən Əlcəzair yığması 27:16 hesabı ilə qalib gəlib. Beləliklə, ümumi hesabda 47:24 hesabı ilə qələbə qazanan Əlcəzair millisi böyük hesablı qələbəni rəsmiləşdirib.

Matçı misirli hakimlər briqadası idarə edib.

***

“B” qrupunun ilk matçında Türkiyə və İraq həndbolçuları qarşılaşıblar.

Görüşün birinci hissəsi İraq təmsilçilərinin 19:17 hesablı üstünlüyü ilə yekunlaşıb. Gərgin keçən qarşılaşmanın ikinci hissəsində isə əzmkar oyun nümayiş etdirən Türkiyə millisi seti öz xeyrinə başa vurub – 18:14. Beləliklə, yekun nəticədə 35:33 hesabı ilə rəqibini məğlub edən türkiyəli həndbolçular İslamiadada ikinci qələbələrini qazanıblar.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən oyunu fransalı hakimlər briqadası idarə edib.

Etikxeber.az

Read Previous

“Nə gizlədim, Heydər Əliyevə gözüm düşmüşdü…”- FATMA SƏTTAROVA – FOTA

Read Next

“Bəs, Rusiya rəsmiləri deyirdilər ki…” – POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir