Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İslamiadanın tennis yarışlarının səkkizinci günündə kişilər və qadınlar arasında cütlüklərin mübarizəsində dörddəbir final mərhələlərinin görüşləri yekunlaşıb.
Etikxeber.az xəbər verir ki, qadın cütlüklərin yarışında Cavairiah Noordin-Selva Racu Teiviya dueti (Malayziya) Meheq Kohkar-Sara Mansur dueti (Pakistan) ilə görüşdə qələbə qazanaraq (6:4, 6:0) yarımfinala yüksəlib.
Növbəti qarşılaşma Azərbaycan təmsilçiləri Amina Dik-Umayra Həşimova ilə Ayla Aksu-Berfu Cengiz cütlüyü arasında oynanılıb. Türkiyə təmsilçiləri yarımfinala vəsiqə qazanıblar – (6:1, 6:0)
Kişi cütlüklərin mübarizəsində isə Altuğ Çelikbilek-İlhan Sarp Ağabigün cütlüyü (Türkiyə) Musa Alkotop-Al Asvad Hamzeh (İordaniya) üzərində qələbə qazanaraq (6:1, 7:5) yarımfinala vəsiqəni təmin edib.
Digər görüşdə isə Rəsul Qocayev-Filip Nikolic (Azərbaycan) dueti Amine Ahuda-Ayoub Çakrouni (Mərakeş) cütlüyünə (4:6, 3:6) məğlub olaraq yarımfinala çıxmaq şansını itirib.
Etikxeber.az