“İSLAMİADA” QALİBİ: “Növbəti hədəfim dünya çempionatıdır”

Türkiyəli rəqibimlə görüşüm çətin keçdi. Mübarizənin gedişində hesabda geri düşdüm, amma son dəqiqədə toparlanıb istədiyim fəndi icra etdim.

Etikxeber.az xəbər verir ki, bu sözləri “İslamiada”nın qadın güləşi yarışlarının 69 kiloqram çəki dərəcəsində qızıl medalını qazanan Elis Manolova deyib.

Ayın əvvəlində Avropa çempionatına qatıldığını və bu səbəbdən özündə bir qədər yorğunluq hiss etdiyini diqqətə çatdıran gənc idmançı bildirib:

“Mayın əvvəlində Serbiyada keçirilən Avropa çempionatında xeyli güc sərf etmişdim. Ona görə də bu yarışda bir qədər yorğunluq hiss etdim. Növbəti hədəfim dünya çempionatıdır. Bir qədər istirahət etdikdən sonra həmin mötəbər yarışa hazırlaşacağam. Artıq daimi olaraq əsas komandada yer alıram və buna görə çox sevinirəm”.

Etikxeber.az

Read Previous

İdmançılarımız sonuncu gündə də qələbə seriyasını davam etdirdi, medal qazandılar- FOTO – YENİLƏNİB (1)

Read Next

Həm qadın, həm kişi basketbolçularımız “İslamiada” çempionu oldu- FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir