“İslamiada”: Yunan-Roma güləşçisi Kamran Məmmədov qızıl medal qazandı

IV İslam Həmrəyliyi Oyunlarının yunan-Roma güləşi yarışlarında 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Kamran Məmmədov milli komandamızın aktivinə növbəti qızıl medalı yazdırıb.

Etikxeber.az xəbər verir ki, K.Məmmədov həlledici mərhələdə Qırğızıstan güləşçisi Janat Kyılbayev ilə qarşılaşıb. Görüş vaxtından əvvəl 9:0 hesabı ilə Azərbaycan pəhləvanının xeyrinə başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri final qarşılaşmasına baxıblar.

Etikxeber.az

Read Previous

Müdafiə Nazirliyi: Ermənistan ordusunda qeydə alınan döyüş və qeyri-döyüş itkilərinin sayı 50-yə yaxındır

Read Next

Daha 3 idmançımız “İslamiada” qalibi oldu…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir