İslamiadada yüksək nəticə göstərmiş idmançıların mükafatlandırılmasına 1,9 milyon manat ayrıldı-SƏRƏNCAM

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncamla Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 900 000 manat vəsait ayrılıb.

Gənclər və İdman Nazirliyi idmançılar arasında rəqabətin səviyyəsi, ən yüksək nəticələrə görə medalların sayı, fərdi və ya komanda yarışlarında iştirakı nəzərə alınmaqla idmançıların, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə vəsaitin ödənilməsinə dair qaydanı 10 gün müddətində hazırlayıb təsdiq etməli, bu Sərəncamın 1-ci hissəsi ilə ayrılmış vəsaitin həmin Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş qaydaya uyğun olaraq ödənilməsini təmin etməlidir.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Etikxeber.az

Read Previous

Mədəniyyət Nazirliyinin dəstəyi və Mirvarid Dilbazi Poeziya Məclisi İdarə Heyətinin təşkilatçılığı ilə-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ZAUR İSMAYILZADƏYƏ HƏSR OLUNMUŞ XATİRƏ GECƏSİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB

Read Next

İkinci Vətən Müharibəsinin 26 noyabr Şəhidləri-MİNGƏÇEVİRLİ TƏBRİZ CÜMƏZADƏ VƏ HƏM GƏDƏBƏYLİ, HƏM BAKILI KAMRAN QASIMOV – BU GÜN HƏR İKİ ŞƏHİDİN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN BEŞ İL ÖTÜR… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir